Bakıda Beynəlxalq Memarlar İttifaqının Akademik Mərkəzi açılıb

Bakıda Beynəlxalq Memarlar İttifaqının Akademik Mərkəzi açılıb backend

Aprelin 1-də Azərbaycan Memarlar İttifaqında Beynəlxalq Memarlıq Akademiyasının Azərbaycan Akademik Mərkəzinin birinci sessiyası keçirilib.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə bildirib ki, 1987-ci ildən fəaliyyət göstərən Beynəlxalq Memarlıq Akademiyası BMT, UNESCO və Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə təşkil olunub. Beynəlxalq Memarlıq Akademiyasının Moskva, Paris, Tokio, Çikaqo, Roma, İstanbul və Sürix şəhərlərində yerli şöbələri var. Bu nüfuzlu qurumun şöbələrindən biri də artıq Bakıda açılıb.

Nəzərə çatdırılıb ki, Beynəlxalq Memarlar İttifaqının Moskva bölməsinin Akademik Mərkəzinin məhz Bakıda açılması respublikamızda memarlığın inkişafı, sürətlə gedən tikinti-quruculuq işləri ilə sıx bağlıdır.
Diaspora