TAP-ın İtaliya üzrə meneceri dəyişib

TAP-ın İtaliya üzrə meneceri dəyişib backend

Azərbaycan qazının Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinin (TAP) layihəsinin İtaliya üzrə meneceri dəyişib.

Qaziler.az-ın məlumatına görə, "APA-Economics" İtaliya mətbuatına istinadən xəbər verir ki, bu vəzifəyə 2014-cü ildən 2015-ci ilə qədər "Ferrovie dello Stato" şirkətinin rəhbəri Mikele Mario Elia (Michele Mario Elia) təyin edilib. O, bu vəzifədə Klara Rissonu əvəz edib.

Qeyd edək ki, Mikele Mario Elia 1975-ci ildən - 2004-cü ilə qədər İtaliyanın dövlət dəmir yolları şəbəkəsində çalışıb.
Diaspora