Ermənilər Azərbaycanın dəmiryoluna nə qədər ziyan vurub?

Ermənilər Azərbaycanın dəmiryoluna nə qədər ziyan vurub? backend

Erməni təcavüzü nəticəsində Azərbaycan Dəmir Yolunun 240,4 km. sahəsi işğal altına düşüb: Horadiz-Ordubad sahəsi üzrə 144 km. (o cümlədən Mehri rayonu üzrə 43, 4 km), Mincivan-Qafan sahəsi üzrə 39,1 km, Təzəkənd-Xankəndi sahəsi üzrə 51,0 km, Qazax-Barxudarlı sahəsi üzrə 6,3 km.

Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin xətt boyu yerləşən təşkilatlarında 31 mart soyqırımı qurbanlarının xatirəsi yad olunub. ANS PRESS-in məlumatına görə, anım tədbirləri çərçivəsində ölkəmizin dəmiryolu sisteminin çəkdiyi zərərlər haqqında da danışılıb.

İşğal nəticəsində dəmiryolunun təsərrüfatlarına təxminən 45 mln. 60 min ABŞ dolları məbləğində ziyan dəyib. Təsərrüfatlar üzrə dəyən ziyanın məbləği hesablanıb.

Belə ki, Lokomotiv təsərrüfatı üzrə 1992-ci ilin aprel ayından Mincivan dövriyyə deposu tamam dağıdılıb. Depoda olan 10 ədəd müxtəlif markalı teplovoz blokadada qalıb ki, bu da təqribən 14 mln. ABŞ dolları civarında hesablanıb.
Vaqon təsərrüfatına dəyən ziyanın təqribi miqdarı - 4 mln. 860 min ABŞ dolları məbləğindədir.

Tədbirlərdə vurğulanıb ki, Horadiz-Mincivan-Qafan-İmişli stansiyalarında olan vaqonların texniki-müayinə məntəqələri (TMM) , cari təmir sexləri, qaldırıcı mexanizmlər, vaqonların təmiri üçün xüsusi dalan yolları, xeyli miqdarda yük vaqonları və sairə texniki avadanlıqlar düşmən təcavüzü nəticəsində dağıdılıb.
Yol təsərrüfatı üzrə dəyən ziyanın miqdarı - 10 mln. 250 min ABŞ dolları təşkil edir.
Bura daxildir: istehsal gücü 200 min kub olan çınqıl zavodu, yol distansiyalarının emalatxanaları, drezinləri, qaldırıcı qurğuları, ağır maşın mexanizmləri, inzibati binalar, yoldəyişdirici qurğular, müxtəlif tipli relslər, böyük və orta körpülər, tunellər, qalereyalar, keçidlər və s. avadanlıqlar.

Daşıma Proseslərini İdarəetmə Birliyi üzrə işğal olunmuş stansiyalara Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi miqdarı - 12 mln. 350 min ABŞ dolları məbləğindədir.

Rabitə və İşarəvermə, Enerji təchizatı təsərrüfatlarının Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi miqdarı - 3 mln. 600 min ABŞ dolları təşkil edir. Bura 80 km. ikixətli xüsusi markalı kabellər, avtomatik bloklama sistemləri, rabitə və teleqraf qurğuları, yerli ATS, dispetçer mərkəzləşdirmə qurğusu, Mincivan-Bartaz , Mincivan-Xurama sahələrində olan birxətli avtomatik bloklama sistemləri, Mincivan-Zəngilan sahəsində rele yarımavtomat bloklama sistemi daxildir.
Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» Fərman vaxtilə millətimizə qarşı ünvanlanmış tarixi haqsızlıqların gələcək nəsillər tərəfindən unudulmaması, yaddan çıxarılmaması istiqamətində dövlət səviyyəsində atılmış mühüm bir addımdır.

Hələ tariximizin çox qaranlıq məqamları üzə çıxacaq. Uzun illər yeraltı və yerüstü sərvətlərlə zəngin olan məmləkətimizin başına nələr gətirilməyib ki… Dünya azərbaycanlılarının hüzn və kədər günündə yaddaşımızı təzələmək istəyindən soyqırım qurbanlarının xatirəsini bir daha əziz tutur, milləttimizə Tanrıdan səbr diləyirik.
Diaspora