SOCAR Adriatik dənizi sahillərində Monteneqrodakı kurortun tikintisinə bu günədək 200 milyondan artıq avro qoyub. Trend-in məlumatına görə, bunu Monteneqro Prezidenti Filip Vuyanoviç "bne IntelliNews" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, dəyəri 500 milyon avro olan kurort keçmiş hərbi bazanın yerində olacaq: "Biz gözləyirik ki, kurort 2017-ci ilin sonuna açılacaq".