Rusiyanın Yekaterinburq şəhərində 200 nəfərə yaxın azərbaycanlı saxlanılıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə şəhərin Kosmonavtlar prospektindəki kafedə baş verib.
Məlumata görə, kafedə Ağayar adlı kriminal avtoritetin ad günü keçirlirmiş. Ad günü başlayandan bir qədər sonra polis kafeni mühasirəyə alıb. Nəticədə 200 yaxın azərbaycanlı saxlanılıb. Onların bir çoxunun üzərindən bıçaq, beysbol ağacı, narkotik maddələr çıxıb.Polisin ilkin qənaətinə görə, kafedə hansısa kriminal "razborka" aparılacaqmış.