Neft və qızıl bahalaşdı

Neft və qızıl bahalaşdı backend

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb. "APA-Economics" xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,15 dollar və ya 2,86% artaraq 41,41 dollar təşkil edib.

Amerika fond bazarında Dow Jones indeksi 0,10% - 17 604,00 bəndədək, NASDAQ 0,47% - 4 869,29 bəndədək, S&P 500 0,44% - 2 063,95 bəndədək artıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 1,59% - 6 203,17 bəndədək, Almaniya DAX-ı 1,60% - 10 046,61 bəndədək, Fransa CAC-40-ı 1,78% - 4 444,42 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 3,10 dollar bahalaşaraq 1 231,70 dollara, gümüş isə 0,04 dollar artaraq 15,26 dollara satılıb
Diaspora