“Binə“ bazarı yenə yandı

“Binə“ bazarı yenə yandı backend

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürə biliblər

Qaziler.az saytı ANS -PRESS -ə istinadən bildirir ki, Bakının Qaradağ rayonunda yerləşən Binə Ticarət Mərkəzində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə barədə saat 12 radələrində məlumat verilib.

Məlumat daxil olan kimi hadisə yerinə 5 yanğınsöndürən maşın yollanıb. Yanğın söndürülb.

İlkin ehtimala görə, hadisə elektrik qısaqapanmasından baş verib. Lakin hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Hadisə zamanı xəsarət alan olmayıb.
Diaspora