İŞİD Dağıstanın Mahaçqala şəhəri yaxınlığında Rusiya Daxili İşlər Nazirliyinin avtomobil karvanının partladılmasına görə məsuliyyəti üzərinə götürüb. APA-nın xəbərinə görə, bu barədə terrorçulara yaxın "Amaq" agentliyi məlumat yayıb.
Radikallar partlayışın onların yerli təşkilatı tərəfindən törədildiyini təsdiqləyiblər.Qeyd edək ki, dünən axşam Rusiya DİN-in avtomobil karvanı naməlum şəxslər tərəfindən partladılıb. Avtomobillərdə Krasnoyarsk şəhərinin polis əməkdaşları olub. Əldəqayırma partlayıcının işə düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.