Rusiya mətbuatı: Təyyarəni qaçıran ABŞ universitetinin professorudur

Rusiya mətbuatı: Təyyarəni qaçıran ABŞ universitetinin professorudur backend

Misirdə təyyarə qaçıran şəxsin kimliyi ilə bağlı maraqlı iddialar səslənir. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, İbrahim Səmaha adlı şəxs ABŞ-ın Atlanta universitetinin professorudur. Başqa mənbələr isə onun həmin universitetin professoru yox, tələbəsi olduğunu açıqlayır.

İbrahim Səmaha Misirin İsgəndəriyyə şəhərində yaşayır və ixtisasca həkim-veterinardır. Onun 50 yaşı var.

Təyyarəni qaçıran şəxsin əvvəlcə pilotlara layneri Türkiyə ərazisinə endirməyi tələb etdiyi deyilir. Yanacaq çatışmazlığına görə, "Airbus A320" daha sonra Cənubi Kiprin Larnaka şəhərinə enib. İbrahim Səmahanın üzərində bomba olması faktı təsdiqlənib.

Onun keçmiş həyat yoldaşının Cənubi Kiprdə yaşadığı məlum olub. Hava piratı təyyarədəki sərnişinlərin göyərtəni tərk etməsindən sonra yazdığı məktubun onun keçmiş arvadına çatdırılmasını tələb edib.

Onun həyat yoldaşının artıq təyyarənin yanına gətirildiyi deyilir. Bundan əvvəl İbrahim Səmahanın təyyarəni siyasi sığınacaq almaq məqsədi ilə qaçırması ehtimalı, indi daha çox məişət zəminində baş verən hadisə kimi dəyərləndirilir.

Diaspora