Azərbaycanın Polşadakı səfirliyi tərəfindən “Azərbaycan mətbəxi” seriyasında polyak dilində “Azərbaycan dolması”, “Azərbaycan lavaşı” və “Aş, xaş, lavaş” kitabları Varşava Kənd Təsərrüfatı Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində nəşr etdirilib.
Qaziler.az bildirir ki, əfirlikdən Trend-ə verilən məlumata görə, nəşr olunmuş kitabların üzərində “Azərbaycan lavaşı” – vaxtilə Ağdamda fəaliyyət göstərmiş Çörək Muzeyi, “Azərbaycan dolması” – Naxçıvan şəhərində yerləşən Möminə Xatun türbəsi, “Aş, xaş, lavaş” – Şəki şəhəri haqqında məlumat yerləşdirilib.Kitablar Polşanın Mərkəzi və universitet kitabxanalarına göndərilib.
Qeyd edək ki, Azərbaycan səfirliyi tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Mədəniyyəti və İncəsənəti, Ədəbiyyatı, Fəlsəfə və Etikası, Musiqisi, Memarlığı, Tarixi, Eposları, Folkloru, Mətbəxi və Azərbaycan-Polşa seriyalarında polyak dilində 38 adda kitab artıq nəşr olunub.