İran: Neft sənayemizin 40 milyard dollar sərmayəyə ehtiyacı var

İran: Neft sənayemizin 40 milyard dollar sərmayəyə ehtiyacı var backend

"2017-ci ilin mart ayına qədər İranın neft sənayesinə 40 milyard dollar sərmayə yatırılmasına ehtiyac var". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, ölkənin neft naziri Bijan Zəngani bu barədə açıqlama verib.

Nazir deyib ki, martın 20-dən başlanan yeni maliyyə ilindən etibarən özəl şirkətlər və xarici investorlar tərəfindən İranın neft sənayesinə investisiya yatırılacağı hədəflənir.

Neft hasilatının dondurulması məsələsinə gəlincə, Zəngani yalnız ölkənin ümumi hasilat səviyyəsinin gün ərzində 4 milyon barelə çatdırılmasından sonra bu barədə müzakirə aparıla biləcəyini qeyd edib.


Diaspora