Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) Axar.az-a verilən məlumata görə, ARDNF tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 0,5 milyon ABŞ dolları məbləğində vəsait 3 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.