İki ölkə Azərbaycanda enerji obyektləri tikməyi planlaşdırır

İki ölkə Azərbaycanda enerji obyektləri tikməyi planlaşdırır backend

Belarus və Sloveniya digər ölkələrdə birgə enerji obyektlərinin tikintisi imkanlarını müzakirə edir.

Qaziler.az-ın məlumatına görə, "Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə cümə günü "Staroborisovskaya" yarımstansiyasının açılış mərasimində Belarusun energetika naziri Vladimir Potupçik jurnalistlərə açıqlamasında bildirib.
"Bizim bazara gələn hər kəs, bu təkcə sloveniyalılar deyil, həm də almanlar, avstriyalılar, çinlilər bizim tikinti-montaj şirkətlərimizin yüksək səviyyədə ixtisaslaşdığına əmin olurlar. Bu səbəbdən onlar bizimlə birlikdə digər ölkələrə getməyə və orada investisiya layihələri həyata keçirməyə hazırdırlar. Belarusda güclü layihə institutları var və biz müvafiq konsorsiumlar yaratmağa və onların çərçivəsində üçüncü ölkələrdə investisiya layihələri ilə bağlı məsələləri həll etməyə hazırıq", - deyə Vladimir Potupçik bildirib.
Sözügedən yarımstansiyanın tikintisində iştirak edən Sloveniyanın "Riko" şirkətinin baş direktoru Yanez Şkrabes qeyd edib ki, "Riko" xidmətlərin Azərbaycan və İrana ixracı planında Belarusla işləməyə hazırdır.
"Belarus və Sloveniya birlikdə peşəkarcasına işləyir və bir-birinə etibar edir. Hazırda biz öz təkliflərimizlə digər bazarlara birgə çıxa bilərik. Artıq bu istiqamətdə müəyyən addımlar atılır", - deyə o əlavə edib.
Diaspora