Satışdakı düyülər təbiidir, yoxsa plastik?

Satışdakı düyülər təbiidir, yoxsa plastik? backend

Bir müddət öncə Çindən plastik düyülərin gətirilməsi ilə bağlı yayılan məlumatlar düyülərə olan inamı azaldıb.

Xüsusilə, son günlər sosial şəbəkələrdə yayılan video insanların daha da narahatçılığına səbəb olub. Videoda iddia olunur ki, həmin düyülər plastikdir və Abşeron rayonunun ərazisində istehsal olunur.

Qaziler.az ATV.az-a istinadən bildirir ki, bu cür görüntü və məlumatlar sakinlər arsında təşvişə səbəb olur. Bunu nəzərə alaraq araşdırma apardıq. Alıcılar arasında keçirdiyimiz sorğuda müxtəlif cavabların şahidi olduq: “Mən birinci dəfədir eşidirəm sintetik düyünü. Görməmişik, bilmirəm, heç kim də yəqin onu sata bilməz. Onu öz dadından bilmək olar ki, bu nə düyüsüdür. yeyən onun dadından bilməlidir. Onu camaata, millətimizə, xalqımıza satmazlar; Bu cür düyü rastıma çıxmayıb. Amma bilmək olar onu, bişəndə bilmək olur, tamam açılmaz sintetik düyü”. Satıcı isə deyir ki, bu, şaiyədir: “Biri deyir, hamı da deyir ki, süni düyü var, plasmasdan hazırlanır. Hər bir kisənin üzərində adları da var. Onu heç vaxt süni düyü kimi buraxmazlar. Çünki o kağızladır, faktla mallar gəlir ondan şikayət edə bilərik”.

Ekspert Eyyub Hüseynov deyir ki, indi dünyada süni düyü istehsal olunur və satılır. Amma bununla bağlı istehlakçıya əvvəlcədən məlumat verilir: “Ümümiyyətlə necə ki, sintetik süni balıq kürüsü var, elə bu cür də sintetik düyü var. İstehlakçıların hüququ var ki, düyü alarkən onun təbii və süni düyü, sertifikatın olub-olmaması və mənşəyi barədə sertifikatları tələb etsin satıcılardan. İstehlakçının seçim hüququ var, düyü haqqında məlumat verilməlidir. Əgər kimsə gizlədirsə, sintetik düyünü təbii düyü altında satırsa, onda fiziki şəxsləri 500 manatdən 1500 manatadək, hüquqi şəsxləri 2000 mindən 3000 manatadək , vəzifəli şəxsləri isə 5000 manatadək cərimə gözləyir”.

Maraqlıdır, bəs süni düyünü təbii məhsuldan fərqləndirmək mümkündürmü?

Eyyub Hüseynov deyir ki, süni düyünü gec bişməsi, bir-birinə yapışmaması, ilk baxışda şəffav və parlaqlığı ilə müəyyən etmək olar. Yaxud da düyünü içində su olan bir nəlbəkiyə töküb 10 gün saxlasınlar. O düyü cücərməsə, demək ki, saxtadır və süni yollarla hazırlanıb. Bu təcrübəni istənilən insan evdə etməklə də yoxlaya bilər. Qeyd edək ki, indi Azərbaycanda satışda yerli düyü var. Amma bununla yanaşı Pakistan, Hindistan, Rusiya, İran və digər ölkələrdən də düyü idxal olunur.

Adı süni düyü istehsalında hallanan müəssisənin sahibi Ağasəf İskəndərov də etiraf edir ki, rəhbərlik etdiyi müəssisə istehsalla yox, məhz xaricdən idxal olunan düyünün qablaşdırılaraq satılması ilə məşğuldur. Ona görə də yayılan informasiya həqiqəti əks etdirmir. “Bəs xaricdən süni düyü idxal oluna bilərmi?” sualının cavabında isə müəssisə rəhbəri bildirir ki, idxal olunan məhsul bütün yoxlamlardan keçir:

“Bu düyülər Hindistandan gəlir, bunun gömrük bəyənnaməsinidə göstərmək olar. Hindistan şirkətinin fitosanitar sertifikatı da var, bu, düyünün yüz faiz təbii düyü olduğunu, kolda bitdiyini təsdiq edən sənəddir. Eyni zamanda mənşə sertifikatı da var. Bu düyülər Azərbaycana gələndə fitosanitar nəzarətindən və gigiyenik sertifikatdan keçir. Satılan düyülər göz qabağındadır, sizlərlə birgə monitorinqlər keçirə bilərik. Hər hansı şəbəkədən bu düyünü alıb, istənilən labatoriyada laborator analizlərini verib, nəticəni ala bilərik”.
Diaspora