İstanbulda partlayışda yaralıların sayı 36-ya çatıb

İstanbulda partlayışda yaralıların sayı 36-ya çatıb backend

Partlayış nəticəsində 4 nəfər ölüb. Bu gün İstanbulda baş verən partlayışda ölənlərin hamısı Türkiyə vətəndaşıdır. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu açıqlamasınında bildirib. Nazir çıxışında qeyd edib ki, hadisə nəticəsində yaralanlardan 12-si əcnəbi vətəndaşdır, ümümlikdə 36 nəfər yaralanıb, onlardan 7-nin vəziyyəti ağırdır.

İstanbulun İstiqlal prospektində baş verən partlayış nəticəsində 4 nəfər ölüb.

APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, bunu İstanbul valisi Vasip Şahin açıqlayıb. O, partlayışı kamikadzenin törətdiyini, ölənlərdən birinin də məhz həmin terrorçu olduğunu bildirib. Yaralıların sayı 20 nəfərdir. Onlardan 3-nün durumu ağırdır. Yaralılardan 3-ü İsrail vətəndaşıdır.

Hadisə yerli vaxtla saat 10.55-də İstiqlal prospektindəki Balo sokak deyilən yerdə baş verib.


Diaspora