Azərbaycan nefti 43 dollaradək bahalaşıb

Azərbaycan nefti 43 dollaradək bahalaşıb backend

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,36 dollar bahalaşaraq 40,24 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,13 dollar artaraq 41,63 dollar olub.

Qaziler.az-ın məlumatına görə, AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,53 dollar bahalaşaraq 42,63 dollar təşkil edib.
Diaspora