“Microsoft“dan Azərbaycanla bağlı yenilənmə

“Microsoft“dan Azərbaycanla bağlı yenilənmə backend

Azərbaycanın saat qurşağı üçün düzəlişlər "Microsoft" əməliyyat sisteminin növbəti yenilənmələrində nəzərdən keçirilə bilər.

Qaziler.az bildirir ki, bu barədə Trend-ə "Microsoft Azerbaijan" şirkətindən deyiblər.

Şirkətdən qeyd ediblər ki, bu dəfə Azərbaycanda qurğu (kompüter, smartfon) istifadəçilərinin çoxu avtomatik olaraq yay vaxtına keçəcəklər, buna diqqət ayırmaq və vaxtı əl ilə tənzimləmək lazımdır.