28 ildən sonra Rusiya neftsiz qalacaq

28 ildən sonra Rusiya neftsiz qalacaq backend

Rusiya Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin məlumatına görə, bu ölkədə sübut olunmuş neft yataqlarındakı karbohidrogen ehtiyatları yalnız 28 il müddətinə çata bilər.


Virtualaz.org “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, rusiyalı nazir Sergey Donskoyun sözlərinə görə, hazırda Rusiyanın 29 milyard ton sübut olunmuş neft ehtiyatı var. İllik neft hasilatı isə 2015-ci ildə, ilkin məlumatlara görə, 505 milyon ton təşkil edib. Əgər bu rəqəmlərə görə hesablanma aparılsa, ölkənin 57 ilik ehtiyatı var.

Lakin nazir onu da qeyd edib ki, bəzi hesablamalara əsasən, ehtiyatların həcmi cəmi 14 milyard tondur ki, bu da yalnız 28 ilə bəs edir.

Qeyd edək ki. hazırda Rusiya Arktikada aşkar olunmuş neft ehtiyatlarının mənimsənilməsi üzərində iş aparır.
Diaspora