Rusiya Turizm Agentliyi Türkiyə kapitalının olduğu turoperatorlarının vahid federal reyestrini bərpa edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb və Agentliyin 13 şirkətin fəaliyyətinə izn verdiyini bildirib. Bunlar sırasında “Koral Trəvl” “Aneks Tur”, “Sanmar”, “Aneks Regionı”, “Aneks Tur Moskva”, “Peqas Turs”, “Peqas Kazan”, “Peqas Ufa”, “Peqas Turistik”, “Peqas Yekaterinburq”, “Peqas Krasnodar”, “Peqas Samara”, “Peqas Perm”, “Peqas Riteyl” kimi şirkətlər var.
Qeyd edək ki, dekabrın 30-da Rusiya Turizm agentliyi türk kapitalının olduğu şirkətləri reyestrə almamışdı. Bu qərar anti-Türkiyə sanksiyaları əsasında qəbul edilmişdi.