Bətulə Əhədova "AtaBank"ın icraçı direktoru - İdarə Heyətinin üzvü vəzifəsini tərk edib. Bunu Trend-ə bankdan deyiblər. Bankdan bildiriblər ki, B.Əhədova öz istəyi ilə vəzifəsini tərk edib: "Bu vəzifə hələ ki vakant qalır, çünki bu həftə Müşahidə Şurası bank rəhbərliyinin yeni strukturunu təsdiq etməyi planlaşdırır".
Hazırda bankın İdarə Heyətinin tərkibi aşağıdakı kimidir: sədr Dəyanət Quliyev, onun müavini Etibar Babaşlı, icraçı direktorlar/İdarə Heyətinin üzvləri - Hüseyn Bayramov, Emil Əmirov, Rauf Hüseynov.