OPEC-in növbəti iclasının yeri və vaxtı məlum oldu

OPEC-in növbəti iclasının yeri və vaxtı məlum oldu backend

Neft istehsalçısı olan ölkələrin yüksək səviyyəli növbəti görüşü aprelin 17-də Qətərin paytaxtında baş tutacaq. APA TV-nin "Bloomberg"-ə istinadən mətbuatına istinadən xəbərinə görə, bu barədə Qətərin neft naziri məlumat verib.

Belə bir görüşün keçirilməsi haqqında qərarı OPEK-ə üzv olan 15 ölkə artıq dəstəkləyib.

Mart ayının 3-də Nigeriyanın neft naziri Emmanuel Kaçikvu OPEK-ə üzv olmayan bir neçə ixracatçı ölkə nümayəndəsinin martın 20-də Rusiyada görüş keçirməyi planlaşdırdıqlarını bildirib.

Bir qədər öncə isə Venesuela hökuməti sözügedən görüşdə 15 ölkənin iştirak edəcəyi barədə açıqlama verib. Lakin, bu ölkələrə İranın qatılıb-qatılmayacağı hələ məlum deyil.

Xatırladaq ki, bazar ertəsi Rusiya ilə OPEK arasındakı danışıqlarda Moskvanı xüsusi səlahiyyətlə təmsil edən Rusiyanın Energetika naziri Aleksandr Novak İrana səfər edib. Həmin səfər zamanı Moskva ilə Tehran neft hasilatının dondurulması barəsində razılığa gələ bilməyiblər.

Diaspora