OPEK üzvlərinin və digər neft hasil edən ölkələrin görüşü aprelin 17-də Qətərda baş tutacaq. Trend Reuters-ə istinadən xəbər verir ki, bu barədə Qətərin energetika naziri Məhəmməd Saleh as-Sad bildirib.
Qeyd edək ki, Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela fevralın 16-da Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar. Bunun üçün digər istehsalçılar da həmin təşəbbüsə qoşulmalıdırlar. Görüş Rusiyada və ya Qətərdə planlaşdırılırdı.Neft istehsalçıları apreldə Qətərdə görüşəcək

