Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) Axar.az-a verilən məlumata görə, fond tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 39,1 milyon dollar məbləğində vəsait 8 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.