Ekvadorun şərqində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 22 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Rafael Korrea “Tvitter” səhifəsində bildirib.
İnsident ölkənin Pastasa əyalətində qeydə alınıb.
“Sağ qalan olmayıb. Onlar vətənimizin 22 əsgərləri idi. Bu əsl faciədir”, - deyə Korrea səhifəsində qeyd edib.
Məlumata görə, təyyarənin göyərtəsində 19 desant əsgər, iki pilot və bir mexanik olub.