“Kreditlərlə bağlı əhaliyə əsas borclar ödənilsin“ - Millət vəkili

“Kreditlərlə bağlı əhaliyə əsas borclar ödənilsin“ - Millət vəkili backend

"Ötən il kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı demək olar ki, heç bir addım atılmadı. Halbuki, bunu üçün bütün imkanlar var idi". "APA-Economics" xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı millət vəkili Fərəc Quliyev deyib.


"Manatın 48%-lik devalvasiyası Mərkəzi Bankın sərəncamında olan rəsmi valyutanın həcmi manat ekvivalentində artmasına səbəb olub. Həmin vəsaitdən kredit götürənlərin hüquqlarının qorunmasına sərf oluna bilərdi, amma sərf olunmadı. 21 fevral devalvasiyasından öncə dollarda kredit götürənlərin borc öhdəliyi iki dəfə artıb. Bu o deməkdir ki, bir il əvvəl 10 min dollar kredit götürən şəxs faizlərlə birlikdə banklara 20 min 800 manat ödəməlidir. Bu, manat ifadəsində borcun 2 dəfədən çox artması deməkdir. Devalvasiya nəticəsində əhaliyə dəyən ziyanı kompensasiya etmək üçün hökumət heç bir addım atmadı. İndi də bu addımların atılması gözlənilmir. Bu isə banklara sərf edir. Fikrimcə, proseslərin bu cür davam etməsi doğru deyil, narazılığı aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Mən təklif edirəm ki, əhaliyə kömək məqsədi ilə birinci mərhələdə əsas borclar, sonra faizlər, daha sonra isə cərimələr ödənilsin", - deyə millət vəkili bildirib.

Millət vəkili Əli Məsimli isə qeyd edib ki, kreditlərlə bağlı ağırlıq əhalinin üzərinə düşüb: "Ağırlığın bir faktorun üzərinə düşməsi düzgün deyil. Bu, sistem xarakterli bir məsələdir. Biz kreditlərin ödənilməsi ilə bağlı təkliflər hazırlayırıq və bu təkliflər müvafiq qurumlara göndəriləcək".
Diaspora