Rusiya energetika naziri Aleksandr Novak neft hasilatının “dondurulması”na dair görüşün aprel ayına keçirildiyini bildirib. APA-nın “RNS”-ə istinadən verdiyi xəbərə görə, nazir görüşün Qətərin paytaxtı Dohada keçiriləcəyini bildirib.
“Hazırda müxtəlif tarixlər müzakirə olunur. Çox güman ki, bu görüş apreldə baş tutacaq. Lakin konkret tarix, düşünürəm ki, yaxın günlərdə razılaşdırmaq mümkün olacaq. Görüşü OPEK-in hazırkı sədri olan Qətərin paytaxtı Dohada təşkil etmək nəzərdə tutulub”, - deyə nazir bildirib.