Başqırdıstanın Sterlitamak şəhərində yerləşən fərdi birmərtəbəli iki mənzilli evdə baş vermiş yanğın nəticəsində 12 nəfər ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Başqırdıstan DİN-in məlumatında bildirilir. Məlumata görə, yanan iki mənzildən biri 31 yaşlı kişiyə, digəri isə 53 yaşlı qadına məxsus olub.
Hadisə yerinə Başqırdıstan DİN rəhbəri vəzifəsini müvəqqəti icra edən Viktor Mixaylov gəlib. Yanğının səbəbi araşdırılır.
Polis ölənlərin şəxsiyyətini və hadisənin təfərrüatlarını müəyyənləşdirir.