İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-fevral aylarında 1883 kilometr uzunluğunda yeni qaz kəməri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin edilməsi üçün isə 110,5 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində yanvar-fevral aylarında 27 yaşayış məntəqəsi qazlaşdırılıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.