Mərkəzi Bank bağlanan banklardan birini məhkəməyə verib

Mərkəzi Bank bağlanan banklardan birini məhkəməyə verib backend

Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyası ləğv edilmiş “Gəncəbank” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib. QAZİLER.AZ-ın “Report”a istinadən məlumatına görə, AMB bankın müflis elan edilməsi, ləğvedici qismində “Azerbaijan İnternational Consulting Company” MMC-nin təyin edilməsi, ləğvediciyə ödəniləcək aylıq əmək haqqının 15 min manat məbləğində müəyyən edilməsi barədə tələb irəli sürüb.


1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vəsatəti təmin etməyib.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, AMB-nin İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.
Diaspora