"Azərbaycan Hava Yolları" (AZAL) Novruz bayramı ilə bağlı yeni aksiyaya başlayır.
Qaziler.az bildirir ki, “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Novruz bayramı müddətində istənilən şəxs bir aviabiletin qiymətinə ekonom və ya biznes sinfi üzrə iki bilet əldə edə biləcək.Aksiya iki istiqamət üzrə gediş-dönüş aviabiletlərinə şamil olunur. Aksiyaya daxil olan şəhərlər sırasında London, Paris, Berlin, Təl-Əviv, Pekin, həmçinin Nyu-York var. İkinci aviabiletə görə inzibati yığımlar istisna olmaqla ödəniş tutulmur.
Aksiya çərçivəsində aviabiletlərin satış müddəti martın 18-dən martın 27-dək, uçuşların müddəti isə aprelin 1-dən mayın 31-dək olacaq.
Aksiya çərçivəsində alınan aviabiletlər eyni bir reysə və xidmət sinfinə aid olmalıdır. Aksiyanın şərtlərinə əsasən, aviabiletlər yalnız birlikdə dəyişdirilə bilər.
Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür.