Nazirlik 1 milyardlıq istiqraz üçün hərəkətə keçdi

Nazirlik 1 milyardlıq istiqraz üçün hərəkətə keçdi backend

Şahdəniz-2, Cənub Qaz Boru Kəməri, Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin maliyyələşdirilməsi məqsədiylə Cənub Qaz Dəhlizi Şirkəti tərəfindən buraxılacaq istiqrazların beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlanıb.


Maliyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 07 mart 2016-cı il tarixli qərarı ilə dövlət zəmanəti verilmiş istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" bankları səlahiyyətləndirilib. Lazard Freres SAS şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda çıxış edir.

Maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi Cənub Qaz Dəhlizi Şirkətinin və Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələrinin də təmsil olunduğu heyətin 10-16 mart tarixlərində dünyanın əsas maliyyə mərkəzləri olan London, Nyu York, Los-Anceles, San-Fransisko və Boston şəhərlərində investorlarla görüşləri nəzərdə tutulur.

Bazar şərtlərindən asılı olaraq istiqraz emissiyası 1 milyard ABŞ dolları həcmində proqnozlaşdırılır.
Diaspora