Neft Fondu bu layihəyə 590 milyon ayırıb

Neft Fondu bu layihəyə 590 milyon ayırıb backend

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2007-2015-ci illər ərzində Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 485,7 milyon manat və yaxud 588,1 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. Report xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.


Hesabata əsasən, 2015-ci ildə Fond tərəfindən bu layihənin maliyyələşdirilməsinə 61,5 milyon manat və ya 51,5 milyon dollar yönəldilib və bu maddə üzrə Fondun xərcləri ARDNF-in büdcəsində nəzərdə tutulana nisbətən (111,5 mln. manat) manat ifadəsində 55,2% səviyyəsində icra olunub.

Layihənin sifarişçisi olan Nəqliyyat Nazirliyinin məlumatına əsasən, 2015-ci ildə layihə üzrə Fondun büdcəsində nəzərdə tutulan vəsaitin 44,8% aşağı icra olunması il ərzində tikinti ərazisində hava şəraitinin əsasən sərt keçməsi, sahə üzrə relyefin mürəkkəb olması və Gürcüstan hökuməti tərəfindən nəzərdə tutulan torpaq sahələri üzrə karxanaların vaxtında ayrılmaması kimi amillərlə əlaqədardır.

Layihə çəırçivəsinddə Türkiyə ərazisində 76 km, Gürcüstan ərazisində 26 km uzunluğunda olan Qars-Axalkalaki dəmir yolu xəttinin tikintisi və 160 km uzunluğunda Axalkalaki-Marabda yolunun bərpası və yenidən qurulması işlərinin həyata keçirilmısi nəzərdə tutulur.
Diaspora