İran neft ixracını artırır: “2 milyon edəcəyik”

İran neft ixracını artırır: “2 milyon edəcəyik” backend

İran gündəlik neft ixracını 2 milyon barrelə çatdırmaq niyyətindədir. Axar.az xəbər verir ki, bunu İran mətbuatına açıqlamasında Maliyyə və İqtisadiyyat naziri Əli Tayebniya söyləyib. Onun sözlərinə görə, İran bundan sonra Avropaya neft ixracını davam etdirəcək.

Qeyd edək ki, bir müddət öncə İranın “Monte Toledo” gəmisi sanksiyaların götürülməsindən sonra Avropaya ilk İran neftini çatdırıb. İlk neft İspaniyaya göndərilib.

Fevral ayının göstəricilərinə əsasən, İranın gündəlik neft ixracı 1,4 milyon barreldir. Bu, keçən illə müqayisədə 350 min barrel artıqdır.
Diaspora