Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. Axar.az “Blumberq”ə istinadən xəbər verir ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti 0,78 dollar bahalaşaraq 39,50 dollara yüksəlib.
VTİ markalı neftin bir barreli isə 0,80 dollar artaraq 36,72 dollar olub.