“CONNECT” şirkəti abunəçilərə təqdim olunan internet tariflərində endirim edib. İnternet xidməti üzrə tariflərdə müvafiq endirim həm ADSL, həm də fiberoptik internet xidmətinə şamil olunur.
Şirkətin internet xidmətinin abunəçiləri ADSL və fiberoptik internet xidməti üzrə yenilənmiş tariflərlə daha yüksək sürət əldə edə biləcəklər.Qaziler.az-ın məlumatına görə, şirkətdən AZƏRTAC-a bildirilib ki, bu dəyişikliklər şirkətin İnternet+TV xidmətini birlikdə əldə edən abunəçilərinə də aiddir. Yenilənmiş tariflərdən sonra 2 m.bit/s ADSL internet və TV xidməti (Standart paket) birlikdə TV aylıq abunə haqqında 50 faiz endirim tətbiq olunmaqla 17 AZN-ə təqdim olunacaq. Həmçinin abunəçilər digər 4, 6, 8, 10 m.bit/s və s. internet tariflərini seçməklə güzəştli İnternet+TV tarifi çərçivəsində xidmətdən yararlana bilərlər.
Qeyd edək ki, “İnternet+TV xidməti güzəştlə” adlı güzəştli tarif planına əsasən İnternet+TV xidmətini birlikdə əldə edən abunəçilər TV xidməti üzrə aylıq abunə haqqında 50 faizə qədər güzəşt əldə edirlər.
Abunəçilər yeni tariflər haqqında ətraflı məlumatı www.connect.az saytından, 159 məlumat mərkəzindən və ya şirkətin sosial şəbəkələrdə mövcud profillərindən www.facebook.com/CONNECT.LTD , www.instagram.com/connect_az , www.twitter.com/connectaz də əldə edə bilərlər.