Rusiya Azərbaycana neft hasilatını “dondurmağı” təklif edib.
Qaziler.az bildirir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın energetika naziri Aleksandr Novak Azərbaycanın neft hasilatının "dondurulması" təklifinə qoşulacağına ümid etdiyini söyləyib.Rusiyalı nazir Azərbaycan və Qazaxıstanın OPEK-ə üzv ölkələrin və digər neft istehsal edən ölkələrin görüşündə iştirak edə biləcəyini də deyib: "Ümid edirik ki, OPEK-ə üzv olan və olmayan bütün ölkələr - Rusiya, Qazaxıstan və Azərbaycan müvafiq qərarın işlənməsinə qoşulacaqlar".