Martın 4-də Tbilisidə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Gürcüstan hökuməti arasında Azərbaycandan Gürcüstana təbii qazın nəqli ilə bağlı 4 sənəd imzalanıb.
Sənədləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze imzalayıblar.Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, birinci sənəd qaz tədarükü müqaviləsinə edilən dəyişikliklər barədədir.
İkinci sənəd isə qaz alğı-satqı müqaviləsinə dəyişikliklərin edilməsi haqqındadır. Bu sənədə aid həm də öhdəliklərin icrası barədə “Zəmanət öhdəliyi” də imzalanıb.
Digər sənədlər isə hüquqların ötürülməsi və qaz alğı-satqısı barədədir.