Gürcüstan Azərbaycandan əlavə olaraq 500 mln. kubmetr qaz alacaq.
APA-nın Gürcüstan müxbirini verdiyi xəbər görə, bu, SOCAR və Gürcüstan hökuməti arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair Memorandumda öz əksini tapıb. Sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstan baş nazirini müavini, energetika naziri Kaxa Kaladze imzalayıblar.Daha bir sənəd Gürcüstanın Neft-qaz Korporasiyasının direktoru David Tvalebeişvili və "SOCAR Gas Export-İmport" şirkətinin rəhbəri Zaur Quliyev arasında imzalanıb.
Sənədə əsasən Gürcüstanda istehlakçılara təklif olunan sosial qazın qiyməti aşağı salınacaq. Bu, əhaliyə məzənnə dəyişikliyindən çəkdiyi zərərin bir qismini kompensasiya etməyə imkan verəcək.
Bundan başqa, SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrinə satdığı hər 1000 kubmetr kommersiya qazının qiymətini 35-40 dollaradək aşağı salır.
****
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Gürcüstan Respublikasına səfər edib.
Qaziler.az bildirir ki, Socardan verilən məlumata görə, səfər zamanı SOCAR prezidenti bir sıra mühüm görüşlər keçirib. Əvvəlcə şirkətin törəmə müəssisəsi olan SOCAR Georgia Petroleum MMC-nin xidmət mərkəzinin Tbilisidə, Vakedə yerləşən baş ofisinə gələn Rövnəq Abdullayev burada yaradılmış şəraitlə tanış olub. SOCAR rəhbərinə məlumat verilib ki, hazırda Gürcüstan ərazisində MMC-nin 19 xidmət mərkəzi fəaliyyət göstərir, bunlardan 5-i Tbilisi şəhərində, 7-si şərqi, 7-si isə qərbi Gürcüstandadır. 2015-ci ildə xidmət mərkəzləri vasitəsilə 104 800 877 litr həcmində yanacağın pərakəndə satışı həyata keçirilib. Qeyd olunub ki, xidmət mərkəzlərinin müasir standartlara uyğun baş ofisi 2015-ci ildə istifadəyə verilib. Ofis müasir avadanlıqla təmin olunub, xüsusi dizayn edilib. Ötən il yanacağın satış səviyyəsinin artırılması məqsədi ilə SOCAR Georgia Petroleumun bütün sistemi, o cümlədən xidmət mərkəzləri şəbəkəsi üzrə struktur dəyişiklikləri aparılıb. SOCAR prezidenti servis mərkəzlərinin baş ofisində yaradılmış şəraitdən razı qaldığını bildirib, əməkdaşlara yeni uğurlar arzulanıb.
Səfər çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb. Görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub, ikitərəfli əməkdaşlığın prespektivlərindən söhbət açılıb. Daha sonra rəsmi sənədlərin imzalanma mərasimi keçirilib. Sənədləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin digər rəsmi şəxsləri, Gürcüstan tərəfindən isə Baş Nazirin Muavini və Enerqetika Naziri Kaxa Kaladze, Gürcüstan Neft Qaz Korporasiyasının Baş direktoru David Tvalebeyişvili imzalayıblar. İmzalanma mərasimindən sonra SOCAR prezidenti R. Abdullayev və Gürcüstanın energetika naziri K.Kaladzenin mətbuat konfransı keçirib, jurnalistləri maraqlandıran suallara ətraflı cavab veriblər.
SOCAR prezidentinin Gürcüstana səfəri davam edir.