Dubayda (BƏƏ) yerləşən "Topaz Energy and Marine" şirkəti "BP Exploration (Caspian Sea) Ltd." şirkəti ilə müqavilə imzalayıb. Report xəbər verir ki, müqaviləyə görə, Xəzər dənizində istifadə üçün Dubay şirkəti BP-ni 14 gəmi ilə təchiz edəcək.
Müqavilə 5 il müddətinə imzalanıb, lakin bazardakı vəziyyətə görə daha iki il uzadıla bilər. Bu gəmilər Xəzərin Azərbaycan sektorunda yerləşən və BP şirkətinin operatoru olduğu "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarında və "Şahdəniz" yatağının ikinci mərhələsində istifadə olunacaq.Müqavilənin dəyəri açıqlanmır, lakin "Reuters" agentliyinin hesablamalarına görə, müqavilənin dəyəri 541 mln. dollar məbləğində ola bilər.
Qeyd edək ki, hazırda "Topaz" şirkətinin Azərbaycanda 21 gəmisi var.