Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) iyunda keçiriləcək toplantısında neftin qiymətinin ucuzlaşması vəziyyətində belə hasilatı azaltmaq barədə qərar qəbul edilməsi gözlənilmir.
AZƏRTAC xəbər verir ki, təşkilata yaxın qaynaqlar və nümayəndələrdən əldə edilən məlumatlarla yanaşı, İranın istehsalını sürətlə artırması da bu ehtimalı gücləndirir. Bəzi səlahiyyətlilər isə Səudiyyə Ərəbistanı kimi böyük istehsalçının hasilatın miqdarının azaldılması barədə bir qərar vermədən öncə, Rusiyanın istehsalı stabil saxlaması istiqamətindəki son qərarını nəzərdən keçirəcəyini bildirirlər.
Rusiya energetika naziri Aleksandr Novak isə hasilatın səviyyəsinin artırılmaması qərarını iranlı səlahiyyətlilərlə müzakirə etmək üçün martda bu ölkəyə rəsmi səfər edəcək.