Lerikdə qonşusunu bıçaqlayan məktəb direktoru özünü güllələdi - YENİLƏNİB

Lerikdə qonşusunu bıçaqlayan məktəb direktoru özünü güllələdi - YENİLƏNİB backend

Lerikdə bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Veri-Əliabad kəndində qeydə alınıb.


Veri-Əliabad kənd orta məktəbinin direktoru Adil Rəhimov şəxsi münaqişə zəminində qonşusu, 36 yaşlı Seyid Qurbanova çoxlu bıçaq zərbəsi vurub. Ağır bədən xəsarətləri alan Seyid Qurbanov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona lazımi tibbi yardım göstərilməsinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törətmiş Adil Rəhimov daha sonra qəbiristanlığa gedərək, qardaşının qəbri üstündə özünü ov tüfəngi ilə vurmaqla intihar edib.

Polis araşdırmalara başlayıb.
Diaspora