Moskvada uşağın başını kəsən dayə: “Mənə qeybdən əmr verildi“ - MƏHKƏMƏ GÖRÜNTÜLƏRİ

Moskvada uşağın başını kəsən dayə: “Mənə qeybdən əmr verildi“ - MƏHKƏMƏ GÖRÜNTÜLƏRİ backend

Moskvada himayəsində olan uşağın başını kəsən dayə barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. APA TV-nin Rusiya mətbuatına məlumatına görə, məhkəməyə gətirilən qadının Rusiya Federasiyasında qanunsuz yaşadığı və Özbəkistan vətəndaşı olduğu məlum olub.

Cinayətkar qadın məhkəməyə gətirilərkən ətrafdakı jurnalistlərin suallarını cavablandırıb. "Körpəni niyə öldürdünüz?" sualına o, "mənə qeybdən belə bir əmr gəldi" cavabını verib.

Xatırladaq ki, Gülçöhrə Bobokulova dəhşətli qətli fevralın 29-da Rusiya paytaxtında törədib. O, himayəsində olan 3-4 yaşlı qızın başını kəsərək metronun "Oktyabrskoe pole" stansiyasının yaxınlığına gəlib və kəsilmiş başı əlində tutaraq "Allahu Əkbər" deyə qışqırmağa başlayıb.

Diaspora