Tədbirdən əvvəl mətbuat konfransı keçirilib.
Qaziler.az Azərtac-a istinadən bildirir ki, əvvəlcə Azərbaycanın sosial-iqtisadi inkişafı, tarixi, qədim mədəniyyət abidələri və turizm imkanlarını əks etdirən sənədli film nümayiş etdirilib. Filmdə Azərbaycanda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışları barədə də geniş məlumat verilib.Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, “Gateway” şirkətinin rəhbəri Halis Çakmak, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və başqaları layihənin əhəmiyyətindən bəhs ediblər. Məlumat verilib ki, nümayəndəliyin açılması Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə İstanbulda fəaliyyət göstərən “Gateway Managemental” A.Ş arasında əldə olunmuş razılıq əsasında həyata keçirilib. Bildirilib ki, artıq Azərbaycanın turizm nümayəndəliyi Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Rusiyada fəaliyyət göstərir.
Tədbirdə Azərbaycanla bağlı film nümayiş etdirilib, konsert olub.