İŞİD terrorçuları İraqda qruplaşmanın rəhbəri Əbubəkr əl-Bağdadinin arvadlarından birinin axtarışına başlayıblar. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, bu barədə Əs-Sumariyə telekanalı xəbər yayıb. Milliyyətcə alman olan Diana Kryuqer ölkənin şimalındakı Naynava əyalətində düşərgələrdən birindən naməlum şəraitdə yoxa çıxıb. O, özünün iki köməkçisi ilə birlikdə itkin düşüb.
Əl-Bağdadi xanımının yerini müəyyənləşdirmək üçün elit dəstələrdən birini ayırıb.Xanım Kryuqerlə Bağdadinin toyu ötən ilin oktyabrında Naynavada ciddi məxfilik şəraitində keçirilib. Toydan sonra Diana Kryuqer İŞİD-in qadınlar üzrə şəriət məhkəməsinin sədri vəzifəsini icra edirmiş.