Qaziler.az APA-Economics-ə istinadən xəbər verir ki, bu gün də Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 12-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0489 manat səviyyəsində müəyyən edilib. Bu martın 10-da olan məzənnədən 0,0003 manat və ya 0,03% azdır.Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0185 manat və ya 1,65% ucuzlaşaraq 1,1023 manat olub.