“PAŞA Sığorta“dan qadınlar üçün yeni kampaniya

“PAŞA Sığorta“dan qadınlar üçün yeni kampaniya backend

"PAŞA Sığorta" şirkəti 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə yeni kampaniyaya başlayır.

Qaziler.az-ın məlumatına görə, şirkətdən AZƏRTAC-a bildiriblər ki, fevralın 25-dən martın 10-dək "PAŞA Sığorta" şirkətinə müraciət edərək xanımlar üçün özəl olan "PASHA Ladies" avtomobil sığortasını əldə edən hər bir xanıma əlavə 80 manatlıq kupon veriləcək. Bu kuponda olan məbləği xanımlar Bakıda yerləşən bir çox restoran, elektronika mağazaları, supermarket, geyim mağazaları, şirniyyat evləri, gözəllik salonlarında xərcləyə bilərlər.

Qeyd edək ki, "PASHA Ladies" xüsusilə xanımlar üçün nəzərdə tutulan ilk və yeganə avtomobil sığortası məhsuludur. "PAŞA Ladies"i əldə edən bütün xanımlar özəl karta sahib olur və bununla müxtəlif məkanlarda endirim və üstünlüklərdən yararlanmaq imkanı qazanırlar.
Diaspora