Xalq artisti İlhamə Quliyevanın meyiti Respublika Mərkəzi Klinik Xəstəxanasına aparılıb. Lent.az-ın məlumatına görə, onun cəsədi burada ekspertizadan keçiriləcək. İ.Quliyevanın bacısı qızı onun harada dəfn olunacağı barədə də jurnalistlərə məlumat verib. O bildirib ki, xalq artisti anası Tükəzban İsmayılovanın yanında dəfn ediləcək. Qeyd edək ki, T.İsmayılovanın qəbri II Fəxri Xiyabandır.
Mədəniyyət və Turizm Nazirliyindən isə Lent.az-a bildirilib ki, İ.Quliyevanın harada dəfn ediləcəyi hələ ki dəqiqləşdirilməyib.

