Türkiyənin Sakarya vilayətinin Söğütlü, Ferizli və Serdivan rayonlarında qaz ehtiyatları aşkar edilib. APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, aşkarlanan təbii qaz ehtiyatlarının həcmi hələlik dəqiqləşdirilməyib.
Sakarya valisi Hüseyn Avni Coş dediyinə görə, tədqiqatlar müsbət istiqamətdə davam etməkdədir: “Geniş sahədə işlər davam etdirilir. İnşallah, ölkəmiz üçün çox əhəmiyyətli bir enerji qaynağı mövcud olacaq. Yaxın günlərdə qaz ehtiyatların həcmi barədə dəqiq məlumat veriləcək.Türkiyədə təbii qaz tapıldı

