Londonun mərkəzində, “Bella Italia” restoranında bir qadını girov götürən silahlı şəxs həbs edilib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində zərərçəkən olmayıb.
Hadisənin təfərrüatları barədə məlumat verilmir. Bildirilir ki, tutulan şəxsə qarşı hələ ki, rəsmi ittiham irəli sürülməyib.
İnsidentlə bağlı araşdırma aparılır.
***
Böyük Britaniyanın paytaxtı Londonda naməlum silahlı şəxs bir qadını girov götürüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident Trafalqar meydanının yaxınlığında yerləşən “Bella Italia” restoranında baş verib.
Cinayətkarın motivləri və tələbləri hələ ki, məlum deyil.
Hadisə yerinə cəlb edilən polis ərazini əhatəyə alıb. Hadisənin terrorla əlaqəli olmadığı bildirilir.