Türkiyədən ev alan əcnəbilər arasında 6-cı yerdəyik

Türkiyədən ev alan əcnəbilər arasında 6-cı yerdəyik backend

Bu ilin yanvar ayında xarici ölkə vətəndaşları Türkiyədən 1462 mənzil alıb. “APA-Economics”in məlumatına görə, bu barədə Türkiyə Statistika Müəssisəsi məlumat yayıb. Bu, 2015-ci ilin yanvar ayı ilə müqayisədə 13% çoxdur.


Məlumata əsasən, Türkiyədə ev alan əcnəbilər arasında İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Əfqanıstan, Azərbaycan, Almaniya və İngiltərə vətəndaşları üstünlük təşkil edib. Belə ki, İraq vətəndaşları Türkiyədən 308, Səudiyyə Ərəbistanı vətəndaşları 136, Küveyt vətəndaşları 134, Rusiya vətəndaşları 106, Əfqanıstan vətəndaşları 104, Azərbaycan vətəndaşları 54, Almaniya vətəndaşları 49 və İngiltərə vətəndaşları 49 mənzil alıb.

Əcnəbilər İstanbul, Antalya, Bursa, Yalova, Ankara, Aydın, Trabzon şəhərlərində ev almağa maraq göstəriblər.

Türkiyədə əcnəbilərə mənzil satışı artsa da, ölkə daxilində satış bir ildə 1,9% azalaraq 84 556 mənzil təşkil edib.
Diaspora